Mbappesiz forma təqdimatı

PSJ-nin hücumçusu Kilian Mbappe komandanın növbəti mövsüm üçün yeni formasının təqdimatında iştirak etməyib.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, Paris komandasının bir neçə oyunçusunun iştirak etdiyi forma təqdimatının videosu klubun sosial şəbəkə hesablarında paylaşılıb. Mbappe bu futbolçular arasında olmayıb.

Bundan əvvəl 25 yaşlı oyunçunun bu mövsümün sonunda azad agent kimi PSJ-dən ayrılacağı bildirilib. Fransalı futbolçunun yeni klubunun “Real” olacağı gözlənilir. 

Mbappe 2017-ci ildən Paris klubunda çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button