Mbappenin “susqunluğ”u

PSJ UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində öz meydanında “Mançester Yunayted”ə 1:2 hesabı ilə məğlub olub.

Komanda.az xəbər verir ki, bu oyunda Paris klubunun hücumçusu Kilian Mbappe anti-rekorda imza atıb. Belə ki, Fransa millisinin üzvü qitənin ən nüfuzlu klub turnirində ardıcıl 6 oyundur ki, qol vura bilmir. 21 yaşlı forvard sonuncu dəfə ötən mövsüm turnirin qrup mərhələsində “Qalatasaray”la (5:1) qarşılaşmada fərqlənib. Həmin vaxtdan bəri qol vura bilməyən Mbappe, bununla da, öz anti-rekordunu yeniləyib.