“PSJ ilə qarşılaşa biləcək Avropa komandasına keçmək istəmirdim” – Verratti

İtaliyalı yarımmüdafiəçi Marko Verratti niyə ötən yay Qətərin “Əl-Ərəbi” klubuna keçmək qərarına gəldiyindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Avropa komandasına keçmək istəməməyini belə izah edib:

“Prinsipcə, nəzəri cəhətdən Avropa yarışlarında PSJ ilə qarşılaşa biləcək başqa bir Avropa komandasına keçmək istəmirdim. Mən bütün ömrüm boyu Parisdə yaşayacam. Ailəm bu şəhərdədir. Boş günlərim olanda Parisdə qalmaq üçün qayıdıram!”

30 yaşlı futbolçu 2012-ci ildən PSJ-də çıxış edir. O, 2022/23 mövsümündə Fransa klubunun heyətində 38 oyun keçirib və bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button