Mbappe-Tuxel gərginliyi: “Onun davranışı xoş deyildi”

PSJ Fransa Liqa 1-in 22-ci turunda “Monpelye”ni məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 5:0 hesabıyla bitən qarşılaşmanın ikinci hissəsində əvəzlənən Kilian Mbappe, Paris klubunun baş məşqçisi Tomas Tuxelə narazılığını ifadə edib. Matçdan sonra keçirilən mətbuat konfransında iştirak edən Tuxel, Mbappenin bu davranışının düzgün olmadığını bildirib:

“Baş məşqçi mənəm. Kimin oyuna girəcəyinə, kimin çıxacağına qərarı mən verirəm. Mbappe çox ağıllı futbolçudur və nə etdiyini bilir. Hər futbolçu kimi onun da meydandan çıxmaqdan xoşu gəlmir. Ancaq Mbappenin davranışı xoş deyildi. Belə məqamlar komandanın psixoloji durumuna təsir edir”.

Mbappe “Monpelye” ilə matçın 68-ci dəqiqəsində Mauro İkardiylə əvəzlənib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button