PSJ-də baş məşqçi dəyişikliyi: ÇL-də uğursuzluq olsa…

Fransanın PSJ klubunun baş məşqçisi Tomas Tuxel istefaya göndərilə bilər.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu Çempionlar Liqasında uğur qazanmayacağı halda, Tuxellə yollarını ayıracaq. PSJ-nin hazırda “Napoli”ni çalışdıran Karlo Ançelottinin xidmətində maraqlı olduğu bildirilir. “Napoli”dəki taleyi müzakirə olunan italiyalı mütəxəssislə əlaqə yaradan PSJ, mövsümün sonunda onu komandanın “sükanı arxasına” gətirmək niyyətindədir.

İtaliya mətbuatının xəbərinə görə, “Napoli”nin prezidenti Auerelio de Laurentis Çempionlar Liqasında “Genk”lə oyundan sonra Ançelottini göndərəcək və onun yerinə Cennaro Qattuzonu gətirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button