PSJ “Real”la oyuna onlarsız çıxacaq

PSJ Çempionlar Liqasının qrup mərhələsinin ilk oyunları çərçivəsində “Real”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi sözügedən qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Bu barədə AS nəşri məlumat yayıb.

PSJ-nin futbolçuları Neymar və Kilian Mbappe “Real”a qarşı oyunda forma geyinməyəcək. Mbappe zədə səbəbindən bu qarşılaşmanı buraxacaq. Neymar isə ötən mövsüm Çempionlar Liqasında “Mançester Yunayted”lə oyunda (1:3) qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalanıb və bu səbəbdən də Madrid təmsilçisi ilə görüşdə olmayacaq.

Sentyabrın 18-də keçiriləcək PSJ – “Real” matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button