Messi Çempionlar Liqası matçını buraxacaq

PSJ Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Leyptsiq”in qonağı olacaq.

Komanda.az xəbər verir ki, Paris təmsilçisinin hücumçusu Lionel Messi sözügedən oyunu buraxacaq. Bu barədə fransalı jurnalist Saber Cefarj “tvitter” hesabında məlumat yayıb. O, Messinin “Leyptsiq”lə matçda iştirak etməyəcəyini deyib.

Messi Fransa Liqa 1-in 12-ci turunun “Lill”ə qarşı matçında (2:1) yüngül zədə alıb.

Sabah keçiriləcək “Leyptsiq” – PSJ matçı saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button