
Argentina Misir üzərində əzmkar qələbə qazanaraq 1/4 finala yüksəldi
Futbol üzrə dünya çempionatında Argentina Misir üzərində əzmkar qələbə qzaanıb.
Komanda.az xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 3:2 hesbalı qələbəyə sevinib.
Baxmayaraq ki, görüşdə ilk iki qol Misir komandasından gəlib. Yasser İbrahim (15) və Mustafa Ziko (67) Afrika təmsilçisinin qollarını vurublar. Bunun belə, özündə güc toplayan Argentina seçməsi ard-arda 3 dəfə rəqib qapısına yol tapmaqla qalib gəlməyi bacarıb.
“Tanqoçular”un heyətində Kristian Romero (79), Lionel Messi (83) və Enzo Fernandes (90+3) diqqət mərkəzinə düşüblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



