Argentina millisinin baş məşqçisi: “Çox kövrəlmişəm”

Futbol üzrə Argentina millisi heç vaxt irəli getməkdən və mübarizədən vaz keçmir.

Komanda.az xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Lionel Skaloni Misirə qarşı DÇ-2026-nın 1/8 final mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis qələbə qazandıqları oyunu şərh edib:

“Düşünürəm ki, oyun boyunca üstünlük bizim tərəfdə idi. Qol vurmaq üçün çoxlu imkan yaratdıq. Mən də ehtiyat oyunçular skamyasında sizin kimi eyni həyəcanı yaşayıram. Komandamız heç vaxt irəli getməkdən və mübarizədən vaz keçmir. Çox kövrəlmişəm. Bugünkü oyun bizim üçün əsl sınaq oldu. Biz məhz belə komandayıq. İşlər çətinləşəndə bütün gücümüzü ortaya qoyuruq. İnanırdıq ki, nə vaxtsa şans yaranacaq və oyunun taleyini öz xeyrimizə dəyişə biləcəyik”.

Argentina Misir millisinə 3:2 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button