
Amorim: “Mançester Yunayted”dən ayrılandan sonra özümə demişdim ki…”
“Milan”ın baş məşqçisi Ruben Amorim yeni vəzifəsini “Mançester Yunayted”dəki işindən daha çətin hesab etdiyini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Mançester Yunayted”dən ayrılandan sonra özümə demişdim ki, daha az təzyiqli kluba gedəcəm. Amma “Milan”a gəldim. Burada məni böyük iş gözləyir. “Milan”ı çalışdıranda yalnız bir məqsəd var – qalib gəlmək”.
Amorim 2026-cı ilin əvvəlində “Mançester Yunayted”dən ayrılıb. Onun gedişindən sonra komandanın başına Maykl Karrik keçib və klub mövsümü İngiltərə Premyer Liqasında üçüncü pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



