Sabah” TNS-ə qarşı – YENİLƏNİR

“Sabah” bu gün UEFA Çempionlar Liqasında ilk oyununa çıxacaq.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionu bu turnirin ilk təsnifat mərhələsində Uelsin TNS komandası ilə qarşılaşacaq.

Komandalar arasındakı ilk oyun Masazırda keçiriləcək. Oyunu polşalı hakimlər briqadası idarə edəcək. Baş hakim Patrik Qriçkeviç olacaq.

Cavab görüşü səfərdə keçiriləcəyi üçün “Sabah” ilk oyunda inamlı qələbə qazanmağa çalışacaq. Əks halda bu rəqibi səfərdə keçmək daha çətin ola bilər.

Cavab qarşılaşması iyulun 14-də keçiriləcək.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi

7 iyul

Sabah – TNS 0:0 (1-ci hissə)
Hakimlər: Patrik Qriçkeviç, Marçin Bonyek, Bartoş Kazinski,Voyçex Miç (Polşa).
“Bank Respublika Arena”.

Sabah: Pokatilov (k), Solvet, Daşdəmirov, Zedatka, Puxaç, Rahmonəliyev, Lepinitsa, İsayev, Simiç, Mikels, Maluda.
Ehtiyat oyunçular: Ramazanov, Mirzəmmədov, McCarti, Xaybulayev, Perris, Rüstəmli, Mutəllimov, Laşaab, Almeida Santos Junior, Severina, Rodriqo Fernandes, Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.
TNS: Şepperd, Redmond (k), Bodenem, Simeu, Uilyams, Farrell, Korness, Smit, Klark, C. Uilyams, Hyuz.
Ehtiyat oyunçular: Edvards, Godwin, Brobbel, Qodsmark-Ford, D. Devis, Nolan, Nədin, Fillips, Kənavan, Vullem, Lok.
Baş məşqçi: Kreyq Harrison.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button