
Anri Messinin göz yaşlarından danışdı
Fransalı sabiq hücumçu Tyerri Anri, Argentina yığmasının kapitanı Lionel Messinin Misir millisinə qarşı oyununu yüksək qiymətləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmçinin, 39 yaşlı futbolçunun oyundan sonrakı göz yaşlarından danışıb:
“Messinin göz yaşları bunun onun üçün nə qədər vacib olduğunu göstərir. O, penaltini qaçırdı, amma sonra adi futbolçudan daha artığını nümayiş etdirdi. Komandanın ona ehtiyacı olanda topu götürür və oyunun taleyini dəyişmək üçün əlindən gələni edir”.
Argentina millisi dünya çempionatının 1/8 finalında Misir yığmasını 3:2 hesabı ilə məğlub edib. Messi bu görüşdə bir qol vurub və bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



