Messini seçdi – Azərbaycan millisinin keçmiş baş məşqçisi

Azərbaycan millisinin keçmiş baş məşqçisi Robert Prosineçki açıqlama verib.

Komanda.az “beİN Sports”a istinadən xəbər verir ki, “Barselona” və “Real”ın şərəfini qorumuş Prosineçki, tarixin ən yaxşı futbolçusunun adını açıqlayıb:

“Lionel Messi mənim üçün ən yaxşısıdır. Uzun illərdir ki, “Barselona”da fərq yaradır, qazana bildiyi hər şeyi qazandı. O, digərlərindən fərqli futbol oynayır. Bəlkə də, bəzi insanlar Kriştiano Ronaldo, Dieqo Maradonanı deyəcəklər. İnanılmaz futbolçular var, amma ən yaxşısı Messidir”.