“Turan Tovuz” uduzdu, Zaqatalada 5 qol

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 21-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. Lider MOİK “Qarabağ-2”-ni, “Neftçi-2” isə “Ağsu”nu məğlub edib. “Kəpəz” isə öz meydanında “Zirə-2” ilə qolsuz bərabərə qalıb.

21-ci tura bu gün keçirilən qarşılaşmalarla yekun vurulub. “Keşlə-2” “Turan Tovuz”u məğlub edib. “Sabah-2” “Şüvəlan”la, “Sumqayıt-2” isə “Qaradağ Lökbatan”la bərabərə qalıb. “Zaqatala” isə “Səbail-2”-ni 90+6-cı dəqidədə vurduğu qolla məğlub edib.

Birinci divizion, 21-ci tur.

4 aprel

Kəpəz – Zirə-2 0:0
Hakimlər:
Namiq Bəkirov, Nahid Əliyev, Elmin Süleymanov, Cahangir Yusifzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
Gəncə şəhər stadionu

Neftçi-2 – Ağsu 4:1

Qol: Əlibəy Məmmədli, 12; 72. Elnur Süleymanov, 60. İsmayıl Zülfüqarlı, 79 – Ruslan Mirzəliyev, 54
Qırmızı vərəqə: Kənan Əşrəfli, 63 (“Ağsu”).
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“ASK Arena”

MOİK – Qarabağ-2 2:1

Qol: Raul Yaqubzadə, 61. Bahadur Həziyev, 81 – Cavid Bayramov, 24
Hakimlər: Alik Yunusov, Səbuhi Əmrahov, Taleh Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

5 aprel

Keşlə-2 – Turan Tovuz 1:0

Qol: Oleq Hüseynov, 29

Hakimlər: Etibar Həsənov, Vüqar Bayramov, Əli Cəbrayılov, Cahangir Yusifzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
“ASK Arena”

Sabah-2 – Şüvəlan 0:0
Hakimlər:
Nail Nağıyev, Ruslan Quliyev, Elman Kərimov, Rəşad Əhmədov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Nihad Məmmədov
Binə qəsəbə stadionu

Qaradağ Lökbatan – Sumqayıt-2 1:1

Qol: Emin Mehtiyev, 86 – Rüfət Abdullazadə, 59.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Zöhrab Abbasov, Nahid Xasıyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

Zaqatala – Səbail-2 3:2

Qol: Turan Manafov, 11. Cavad Kazımov, 58; 90+6-pen – Xəzər Mahmudov, 21. Xəlil Bəşirov, 26.
Qırmızı vərəqə: Jarjue Maudo, 44 (“Səbail-2”)
Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Səbuhi Soltanov, Ziya Nəsirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala şəhər stadionu

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button