Premyer Liqada mövsümün ən yaxşı məşqçisi adına namizədlər açıqlandı

İngiltərə Premyer Liqasında mövsümün məşqçisi adına namizədlər açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Namizədlərin siyahısına aşağıdakı kimidir:

Mikel Arteta (“Arsenal”) – 36 matç, 25 qələbə, 6 heç-heçə, 5 məğlubiyyət;

Roberto De Zerbi (“Brayton”) – 28 matç, 13 qələbə, 6 heç-heçə, 9 məğlubiyyət;

Unay Emeri (“Aston Villa”) – 23 oyun, 14 qələbə, 3 heç-heçə, 6 məğlubiyyət;

Pep Qvardiola (“Mançester Siti”) – 35 matç, 27 qələbə, 4 heç-heçə, 4 məğlubiyyət;

Eddi Hou (“Nyukasl”) – 35 oyun, 16 qələbə, 12 heç-heçə, 5 məğlubiyyət;

Marko Silva (“Fulhem”) – 36 matç, 15 qələbə, 6 heç-heçə, 15 məğlubiyyət.

Qeyd edək ki, sona 3 tur qalmış Premyer Liqada turnir cədvəlinə 85 xalla “Mançester Siti” liderlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button