Premyer Liqada antirekord

Futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turunda “Kristal Pelas”la qarşılaşan “Şeffild Yunayted” səfərdə 2 cavabsız qolla məğlub olub.

Komanda.az xəbər verir ki, bununla da sözügedən komandanın qələbəsiz oyunlar seriyası 17-yə çatıb.

Məsələ burasındadır ki, “Şeffild Yunayted” cari mövsümdə keçirdiyi 17 oyundan yalnız ikisində heç-heçə edib və qalanlarında məğlubiyyətlə üzləşib. Bu isə İngiltərə Premyer Liqasında yeni antirekorddur.

Premyer Liqada əvvəlki antirekord “Kuinz Park Reyncers”ə məxsus idi. Sözügedən komanda 2012/13 mövsümündə ardıcıl 16 oyunda qələbəyə həsrət qalmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button