Premyer Liqanın rekordçusu karyerasını bitirdi

İngiltərəli futbolçu Qaret Barri karyerasını bitirib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı futbolçu son olaraq “Vest Bromviç”in şərəfini qoruyub. O, karyerası ərzində “Aston Villa”, “Mançester Siti”, “Everton”un da formasını geyinib.

Karyerası ərzində ümumilikdə 833 oyunda forma geyinən Barri, 53 matçda da İngiltərə millisinin uğurları üçün çalışıb. Premyer Liqada 653 oyunda iştirak edən Barri, bu göstəricidə rekord sahibidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button