Premyer Liqa klubunda daha bir ayrılıq

İngiltərənin “Everton” klubu müdafiəçisi Eşli Uilyamsla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

34 yaşlı futbolçu ilə müddəti bitən müqavilənin yenilənməməsinə qərar verilib.

Uilyams “Everton”da 2016-cı ildən çıxış edirdi. Uels yığmasında 85 oyun keçirmiş mərkəz müdafiəçisi Liverpul klubuna “Suonsi”dən transfer edilmişdi. O, bu klubda 73 oyuna çıxıb, 3 qola imza atıb.

“Everton” Uilyamsdan öncə, 12 il idi bu komandanın şərəfini qoruyan kapitan Fil Jaqelka ilə vidalaşdığını açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button