Premyer Liqa klubunda 70 milyonluq hücumçu!

İngiltərənin “Nyukasl” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İspaniyanın “Real Sosyedad” klubunun hücumçusu Aleksander İsakı heyətinə qatıb. Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

İsveçdən olan 22 yaşlı futbolçu yeni klubu ilə 6 illik müqaviləyə imza atıb.

“Nyukasl” bu transfer üçün “Real Sosyedad”a 65 milyon avro ödəyib. İspaniya klubunun bonuslarla əlavə 5 milyon avro qazanması da mümkündür. Futbolçunun gələcəkdəki satışından da müəyyən faizi La Liqa təmsilçisinə çatacaq.

Aleksander İsak 2019-cu ildə 15 milyon avro qarşılığında Dortmund “Borussiya”sından (Almaniya) “Real Sosyedad”a transfer olunmuşdu. İsveçli forvard La Liqa klubunda 132 oyuna çıxıb, 44 qol vurub. O, daha öncə AİK (İsveç) və “Villem” (Niderland) kimi klubların da formasını geyinib. İsveç yığmasında 37 oyun keçirmiş futbolçu, 9 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button