Premyer Liqa klublarından təklif gözləyir

İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike İngiltərə klubuna keçə biləcəyini açıqlayıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Enrike özünü Premyer Liqada sınamaq istədiyini bildirib:

“Özümü Premyer Liqada sınamaq istərdim. Amma mən ancaq maraqlı layihələri qəbul edəcəm. Böyük işlər görə biləcəyim kluba qoşulacam. Milli komandalardan da təkliflər alıram. Mən hamıya açığım”.

Daha əvvəl bildirilmişdi ki, Luis Enrike “Tottenhem”in baş məşqçisi postuna namizədlər siyahısındadır. İspan mütəxəssisin Braziliya millisinə rəhbərlik edə biləcəyi barədə də məlumat var idi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button