“Neftçi” “Zirə”yə qalib gəldi, Sumqayıtda qalib müəyyənləşmədi

Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə iki oyun keçirilib. Əvvəlcə “Sabah” doğma meydanda “Kəpəz”i qəbul edib. Beş qolun qeydə alındığı oyunda meydan sahibləri qalib gəliblər.

“Səbail” isə bu turda “Araz-Naxçıvan”la qarşılaşıb. Dörd qoluq bu matçda qalib müəyyənləşməyib.

Turun qalan oyunları bu gün keçiriib. Əvvəlcə “Sumqayıt” doğma meydanda “Turan Tovuz”la görüşüb. Bu oyunda qapılara qol vurulmayıb.

Günün son matçında isə “Neftçi” ilə “Zirə” üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

“Qarabağ” klubunun rəsmi müraciəti, “Qəbələ”nin razılıq məktubu, Peşəkar Futbol Liqasının Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndi nəzərə alınaraq, “Qarabağ”ın Azərbaycanı Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə Premyer Liqanın 23-cü turunun “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb.

Azərbaycan Premyer Liqası, 23-cü tur

17 fevral

Sabah – Kəpəz 3:2
Qol: Kahim Parris, 38. Jesse Sekidika, 55. Kristian da Silva, 79 – Martins Junior, 6. Amil Yunanov, 84.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Bank Respublika Arena”

Sabah: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 15. Kristian da Silva, 14. İshak Belfodil, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 28. Kahim Parris
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 76. Süleyman Həsənov, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 6. Abdulax Xaybulayev, 40. Rauf Rüstəmli, 25. Hüseyn Məmmədzadə, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 18. Davit Volkov, 19. Emmanuel Apeh, 3. Con İrasabal
Məşqçi: Ruslan Qafitullin

Kəpəz: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 88. Şakir Seyidov, 91. Latir Fal, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane
Baş məşqçi: Adil Şükürov

Səbail – Araz-Naxçıvan 2:2
Qol: Aleksandr Ramalinqom, 13; 61 – Orxan Əliyev, 31; 35.
Hakimlər: Kamran Əliyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
ASCO Arena

Səbail: 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 77. Ayub Masika, 3. Silven Deslandes, 7. Madi Keta, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.

Araz-Naxçıvan: 12. Kristian Avram, 10. Orxan Əliyev (k), 39. Tural Bayramlı, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 19. Aksel Nqando, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 7. Nicat Süleymanov, 17. İldar Ələkbərov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 29. Vanderson Melo, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.

18 fevral

Sumqayıt – Turan Tovuz 0:0
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata, 60. Tresor Mossi
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 10. Kamran Aliev, 9. Erik Sorqa
Baş məşqçi: Samir Abasov

Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. İsmayıl Zülfüqarlı, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 11. Ayxan Quseynov, 21. Aleks Souza
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 8. Fərid Yusifli, 33. Eltun Turabov, 15. Emmanuel Hakman, 9. Belajdi Pusi, 80. Otto Con
Baş məşqçi: Ayxan Abbasov

Neftçi – Zirə 1:0
Qol: Ervin Koffi, 11.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Neftçi Arena”

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 88. Brayan Moreno, 20. Alfa Konte
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 77. Yeqor Boqomolski
Baş məşqçi: Miodraq Bojoviç

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 55. Ramin Abdullayev, 87. İlqar Əhmədov, 19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button