“Benfika”nın yeni baş məşqçisi bilindi

Portuqaliyanın “Benfika” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, komandanın “sükan”ı Nelson Verissimoya tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 43 yaşlı mütəxəssis mövsümün sonuna qədər “Benfika”nı çalışdıracaq.

Portuqaliyalı çalışdırıcı bundan əvvəl də “Benfika”da məşqçi kimi çalışırdı. Verissimo baş məşqçi postunda bir neçə gün əvvəl istefaya göndərilən Bruno Lageni əvəzləyib.

“Benfika” Portuqaliya Premyer Liqasında 67 xalla ikincidir. Lider “Portu”nun isə 73 xalı var.