“Benfika”da 2 yeni futbolçu – rəsmi

Portuqaliyanın “Benfika” klubu heyətini iki yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Qremio”dan Evertonu və “Frayburq”dan Luk Valdşmidti transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçuyla müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

“Benfika” yarımmüdafiəçi Everton üçün “Qremio”ya 20, hücumçu Valdşmidt üçün isə “Frayburq”a 15 milyon avro ödəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button