Portuqaliyalını transfer edəcəyinə əmindir – ”Çelsi”

“Çelsi” bu yay “Milan”ın 23 yaşlı vingeri Rafael Leao ilə müqavilə bağlaya biləcəyinə əmindir.

Komanda.az “A Bola”-ya istinadən xəbər verir ki, futbolçu 2018-ci ildə müqaviləni birtərəfli qaydada pozduğu üçün hələ də “Sportinq”ə cərimə ödəməlidir. Bu məbləğ təxminən 20 milyon avrodur.

“Sportinq”in rəhbərləri bu yaxınlarda Londonda olub, orada “Çelsi”nin nümayəndələri ilə görüşüblər. Tərəflər futbolçunun cəriməsi məsələsini müzakirə ediblər: “Milan”dan portuqaliyalının transferi baş tutsa, londonlular göstərilən məbləği “Sportinq”ə ödəyə bilərlər.

“Transfermrkt” portalına görə, Leaonun təxmini dəyəri 80 milyon avro təşkil edir.

Futbolçunun “Milan”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi hesablanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button