Portuqaliyalı futbolçu: “Gəncəni çox bəyənirəm, gözəl şəhərdir”

“Gəzdikcə Gəncədə çox şeyi kəşf edirəm”.

Komanda.az xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu İqor Rodriges klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Portuqaliyalı qapıçı Gəncə barədə müsbət fikirlər səsləndirib:

“Gəncəni çox bəyənirəm, gözəl şəhərdir. Buradakı tarixi yerlər xoşuma gəlir. İnsanlar da qonaqpərvərdirlər”.

28 yaşlı qolkiper oktyabrda qoşulduğu “Kəpəz”ə uyğunlaşma mərhələsində olduğunu bildirib:

“Yeni baş məşqçimizin futbol fəlsəfəsini başa düşməyə çalışırıq. Onun bizdən istədikləri var. Tələbləri yerinə yetirməkdən ötrü üzərimizdə işləyirik. Buna görə də müəyyən vaxt lazımdır. Kollektivə yavaş-yavaş uyğunlaşıram. Əlimdən gələnin ən yaxşısını etməyə səy göstərirəm. Komandanın bir üzvü olaraq hər oyuna uğurlu nəticə qazanmaq üçün çıxıram”.

İqor Rodriges digər kollektiv idman növlərinə də maraq göstərdiyini vurğulayıb:

“İdmanı çox sevirəm. Təkcə futbolla maraqlanmıram. Gəncədə yerli basketbol komandasının oyununa getmişəm. Voleybola getmək imkanım olmayıb. Vaxtım çatsaydı, bütün görüşlərdə azarkeş kimi tribunada yer almaq istərdim”.

İqor Rodriges bu mövsüm Premyer Liqada 4 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button