AÇ-2020: “Qələbə ilə başlamaq vacib idi” – Ronaldo

Portuqaliya milli komandasının futbolçusu Kriştiano Ronaldo AÇ-2020-nin qrup mərhələsinin 1-ci turunda Macarıstanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, 3:0 hesabıyla qələbə qazandıqları görüşdə iki qol vuran Ronaldo, oyunla bağlı bunları deyib:

“Çətin oldu, yaxşı müdafiə olunan komandaya qarşı oynadıq. Sonda üç qol vurmağı bacardıq. Qol vurmağım üçün mənə kömək edən komandama təşəkkür edirəm.

Qələbə ilə başlamaq vacib idi. İndi daha inamlı olub, növbəti oyunlarda qələbələrimizi sıralamalıyıq”.