Portuqaliya Avropa çempionu oldu

Niderlandda təşkil olunan futzal üzrə Avropa çempionatı başa çatıb.

Komanda.az xəbər verir ki, bu gün Amsterdamdakı “Ziggo Dome”də keçirilən final oyununda Portuqaliya və Rusiya milli komandaları qarşılaşıb.

Oyunun gedişində rəqibini 2 top fərqi ilə üstələyən Rusiya futzalçıları üstünlüyünü ikinci hissədə əldən verib. Yekunda 4:2 hesabı ilə qələbə qazanan Portuqaliya millisi tarixində ikinci dəfə Avropa çempionu olub. Üçüncü yer uğrunda keçirilmiş matçda Ukrayna yığmasını 4:1 hesabı ilə üstələyən İspaniya millisi isə bürünc medalları qazanıb.

Qazaxıstan millisinin üzvü Brizxan Orazov 7 qolla turnirin bombardiri olub. Ziki (Portuqaliya) isə final mərhələsinin ən yaxşı oyunçusu seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button