
Poqba qayıdır
Fransalı yarımmüdafiəçi Pol Poqba futbola qayıdır.
Komanda.az “Ekip”-ə istinadən xəbər veri ki, “Monako”nun baş məşqçisi Sebastyan Pokonyoli ehtiyatlı açıqlamalar versə də, fransalı futbolçu yaxın vaxtlarda meydana çıxacaq.
32 yaşlı yarımmüdafiəçi son iki ili dopinq səbəbi ilə diskvalifikasiya olunmuş və daha sonra optimal fiziki formaya qovuşmaq üzərində çalışmışdı. Onun tezliklə debüt etməsi gözlənilir.
“Monako” noyabrın 22-də Liqa 1 çərçivəsində “Ren”lə qarşılaşacaq. Komandalar ölkə çempionatında 12 turdan sonra müvafiq olaraq turnir cədvəlinin 6-cı və 8-ci pilləsində qərarlaşıblar. “Monako”nun 20, “Ren”in isə 18 xalı var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



