Poqba PSJ-yə mümkün keçidindən danışdı

Hazırda Fransa millisinin düşərgəsində olan “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba açıqlama verərək, PSJ-yə keçə biləcəyini istisna etməyib.

Komanda.az “Le Figaro”ya istinadən xəbər verir ki, fransalı futbolçu, kuboklar qazanmaq istədiyini deyib:

“Niyə də yox? Millidəki komanda yoldaşlarınla bir klubda oynamaq həmişə xoşdur. Bunun “Mançester Yunayted” və ya başqa klubla olacağını bilmirəm, amma mən kuboklar qazanmaq istəyirəm”,

Poqba 2016-cı ildə “Yuventus”dan “Mançester Yunayted”ə keçib. Onun “transfermarkt”da transfer dəyəri 105 milyon avro göstərilir.

29 yaşlı futbolçu cari mövsümdə “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 23 oyuna çıxıb, 1 qol vurub, 9 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button