“Poqba axmaq şeylər etməyə davam edəcək”

“Mançester Yunayted”in keçmiş futbolçusu Pol Skoulz növbəti dəfə komandanın fransalı yarımmüdafiəçisi Pol Poqbanı tənqid edib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Skoulz, Poqbanın 35 yaşında da indiki kimi olacağını deyib:

“Poqbanın daim izlənməsi lazımdır. Yanında təcrübəli və onun hörmət etdiyi biri olmalıdır.

Poqba neçə yaşındadır? 28. Bir futbolçu üçün gerçəkdən də təcrübəli yaş dövrüdür. Amma Poqba 35 yaşında da eyni şəkildə olacaq futbolçulardandır. Axmaq şeylər etməyə davam edəcək”.

Skoulz daha əvvəl verdiyi açıqlamada, “Poqba oynamasa da, “Mançester Yunayted” heç nə itirməz” demişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button