“Azərbaycan qrupun autsayderi olmasına baxmayaraq…” – “Zaqlembe”nin baş məşqçisi

Polşanın “Zaqlembe” komandasını çalışdıran slovakiyalı Martin Şevela açıqlama verib.

Komanda.az “sport.sk” saytına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis, Slovakiya yığmasının AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla qarşılaşacağı oyunlar haqda da danışıb:

“Hər şeydən əvvəl güclü müdafiə olunmalıyıq. Xorvatiyanın səviyyəsini bilirik. İlk qolu buraxsaq, yaxşı olmaz. Bundan sonra gərək açıq oynayaq.

Xorvatiya çox güclüdür. İlk matçdakı 0:4 hesabından sonra psixoloji hazırlıq vacib olacaq. Pavel Hapal yetirmələrini qələbəyə inandırmalıdır.

Xorvatiya ilə oyunda uğurlu nəticə qazansaq, möhtəşəm olar. Belədə futbolçular çox xoşbəxt olacaq və Azərbaycanla görüşü səbirsizliklə gözləyəcəklər. Azərbaycan qrupun autsayderi olmasına və orda 5:1 hesablı qələbəmizə baxmayaraq, onların futbolçuları favoritlərə əziyyət verə biləcəyini göstərib. Ağılla oynamalıyıq”.

Slovakiya millisi noyabrın 16-da Xorvatiya, 19-da isə Azərbaycanla qarşılaşacaq.