“Mahir Emreli qol vurmalıdır” – “Legiya”nın baş məşqçisi

Polşanın “Legiya” komandasının baş məşqçisi Çeslav Mixneviç Ekstraklasanın 11-ci turunda “Lex”ə uduzduqları matçdan (0:1) sonra fikirlərini bildirib.

Komanda.az “legia.net” saytına istinadən xəbər verir ki, Mixneviç, yerli çempionatda qol vurmaqda çətinlik çəkən azərbaycanlı hücumçu Mahir Emreli haqda da danışıb:

“Emrelinin avrokuboklarda qol vurub, çempionatda fərqlənə bilməməsi nəyi göstərir? Bu haqda nəsə demək çətindir. İkinci hissədə əlində düşən imkanları dəyərləndirə bilsəydi, indi bunu danışmırdıq. Fasilədə ona daha aktiv olmalı olduğunu dedim. Ona rəqibin müdafiəsinin sağ və sol tərəfindən yaranan boşluqlardan istifadə etməsini dedim. Mahir fasilədən sonra daha aktiv olmağa başladı. İkinci hissədə qol vura bilsəydi, başqa şeylərdən danışacaqdıq. Mahir qol vurmalıdır, bu problemi aradan qaldırmalıyıq. Emreli qol vura bilməzsə, ondan razı qala bilmərəm”.