“Legiya”nın hücumçusu: “Emreli ilə birlikdə çox təhlükəli ola bilərik”

Polşanın “Legiya” klubunun futbolçusu Tomaş Pekqart müsahibə verib.

Komanda.az xəbər verir ki, Varşava təmsilçisinin mətbuat xidmətinə danışan çex hücumçu, komanda yoldaşı Mahir Emreli haqda da fikirlərini söyləyib:

“Avropa çempionatında iştirak edən zaman “Legiya”nın oyunlarını çox izləyə bilmirdim. Ancaq nəticələrdən xəbərdar idim. Klubun qol vuracaq futbolçu axtardığını bilirdim. Çünki əvvəl bu vəzifə daha çox mənim idi. Hücumda bir forvarda güvənməmək lazımdır. Bu, rəqiblərin işini daha da asanlaşdırır. Çünki hücumçunun qarşısını alırlar və beləliklə, təhlükəni əhəmiyyətli dərəcədə zərərləşdirirlər. Mövsüm davam etdikcə daha çox çətinlik çəkirdim. Çünki həmişə 3-4 müdafiəçiyə qarşı oynayırdım.

İndi də təxminən eyni vəziyyət olacaq, amma Mahir mənə kömək edəcək. Onun bizim komandaya gəlməsinə şadam. Emreli ilə birlikdə çox təhlükəli ola bilərik. O, hələ gəncdir və karyerasının əvvəlindədir. Daha da yaxşı olacağına inanıram”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button