Polşalı futbolçu 8 aylıq futboldan kənarlaşdırılıb

UEFA “Lex”in və Polşa milli komandasının müdafiəçisi Bartoş Salamonu səkkiz aylığına diskvalifikasiya edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu antidopinq qaydalarını pozub.

“Poznanın “Lex”i UEFA-dan Bartoş Salamonu 8 ay müddətinə diskvalifikasiya etmək qərarı alıb. Cərimə 2023-cü il aprelin 13-dən uzadılan diskvalifikasiyanı da əhatə edib. Bu o deməkdir ki, oyunçu 13 dekabr 2023-cü il tarixində keçiriləcək oyunlara qayıda biləcək” – klubun bəyanatında bildirilib.

Salamon “Lex”in yetirməsidir, lakin o, əsas komandada debütünü yalnız 2021-ci ildə edib. 2007-2019-cu illərdə müdafiəçi İtaliyada çıxış edib. O, “Breşiya”, “Milan”, “Sampdoriya”, “Kalyari” və SPAL kimi klubların formasını geyinib. Salamon ötən mövsüm Polşa Ekstraklasasında 12 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button