Poçettino Fransa klubunun təklifindən imtina edib

PSJ-nin keçmiş baş məşqçisi Maurisio Poçettino “Nitsa”ya rəhbərlik etməkdən imtina edib.

Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, 50 yaşlı argentinalı mütəxəssis İtaliyanın top-klublarından təklif gözləyir.

Poçettino 2021-ci ilin yanvarından bu ilin yayına kimi PSJ-yə rəhbərlik edib. PSJ onun rəhbərliyi altında Liqa 1 çempionluğu, ölkə kuboku və Fransa superkubokunu qazanıb.

Liqa 1-in 8 turundan sonra “Nitsa”nın 8 xalı var və turnir cədvəlində 14-cüdür.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button