Pley-off oyunlarının tarixi bəlli oldu

Futzal üzrə Yüksək Liqanın pley-off mərhələsinin və final oyunlarının keçiriləcəyi tarix müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Mayın 1-də, 4-də və 7-də yarımfinal, ayın 11-də isə 3-cü yer uğrunda və final görüşü keçiriləcək.

Əsas mərhələni ilk 4 pillədə başa vuran komandalar pley-off mərhələsində iştirak edəcək. Artıq cütlüklər də məlumdur: “Araz” (Naxçıvan) – “Baku Fire”, EKOL – “Neftçi” İK.

Komandalar 2 qələbə qazanana qədər qarşılaşacaqlar. Hansısa matçın əsas vaxtı heç-heçə başa çatarsa, iştirakçılar hər biri 5 dəqiqədən ibarət əlavə iki hissədə üz-üzə gələcəklər. Bu dəfə də tərəflərdən biri üstünlük qazana bilməsə, penaltilər seriyasına yer veriləcək. Yarımfinal cütünün qalibləri finalda, məğlubları isə 3-cü yer uğrunda görüşdə qarşılaşacaqlar.

3-cü yer uğrunda və final matçı isə bir qarşılaşmadan ibarət olacaq.