PFL millinin oyunlarına görə təqvimdə dəyişiklik etdi

Futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 21-də səfərdə Xorvatiya yığması ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, martın 25-də isə millimiz Bakıda Litva komandasını qəbul edəcək.

Bu vacib oyunlara daha səmərəli hazırlaşmaq məqsədi ilə AFFA-dan PFL-ə daxil olan rəsmi müraciətdə millimizin martın 16-dan təlim-məşq toplanışına başlamaq istəyi öz əksini tapıb. Qeyd olunan tarixdə təqvim üzrə Premyer Liqanın 21-ci turu çərçivəsində “Səbail” – “Qarabağ” və “Zirə” – “Keşlə” matçlarının keçirilməsi nəzərdə tutulub. Milli komandamızın qarşıdakı oyunlara daha səmərəli hazırlaşması üçün PFL 21-ci turun oyunlarında dəyişiklik edib. Belə ki, Premyer Liqanın 21-ci turu çərçivəsində “Səbail” – “Qarabağ” və “Zirə” – “Keşlə” matçları martın 15-nə keçirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button