
Perişiç tələsmir
Xorvatiya millisinin vingeri İvan Perişiç yığmadakı karyerasını davam etdirməyə hazır olduğunu bildirib.
37 yaşlı futbolçu, komandasının DÇ-2026-nın 1/16 finalında Portuqaliya millisinə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırmasından sonra gələcəyi ilə bağlı danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Perişiç hələlik milli komanda ilə vidalaşmaq fikrində olmadığını vurğulayıb:
“Ümid edirəm ki, hələ də milli komanda üçün oynaya biləcəm. Yaşım elə deyil ki, yığmada qalacağıma yüz faiz zəmanət verim. Ancaq zədələnməsəm, sağlam olsam və bu turnirdə olduğu kimi, komandaya meydanda fayda verə bilsəm, düşünürəm ki, millidə qalacam.
Sabahın nə gətirəcəyini bilmirəm. Amma əlimdən gələni edəcəm. Hər gün əla formada olmaq üçün çalışacam. Verə biləcəyim yeganə söz budur”.
PSV-nin formasını geyinən Perişiç DÇ-2026-da Xorvatiya millisinin ən təcrübəli futbolçularından biri olub.
Bizi Facebook-da izləyin



