
Peresdən məğlub olan futbolçulara dəstək
“Real”ın prezidenti Florentino Peres UEFA Çempionlar Liqasının 1/4 finalında “Bayern”ə 3:4 (ümumi 4:6) hesablı məğlubiyyətdən sonra oyunçularını dəstəkləyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub prezidenti məyusedici məğlubiyyətdən sonra komandanın paltardəyişmə otağına gedib və hər bir oyunçuya fərdi dəstək olub.
“Real” bu mövsüm kuboksuz qalmaq riski daşıyır. Komanda La Liqada lider “Barselona”dan 9 xal geridədir və Kral kubokundan çoxdan kənarlaşdırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



