Pedri: “Mən məşqdən yayına bilmərəm”

“Barselona”nın yarımmüdafiəçisi Pedri həftəsonu keçirdiyi əlavə məşqdən danışıb.

Komanda.az “The Residency”-yə istinadən xəbər verir ki, o, belə deyib:

“Komandada istirahət günü olsa belə, mən məşqdən yayına bilmərəm”.

21 yaşlı futbolçu bu mövsüm 24 matça çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun kataloniyalılarla müqaviləsi 2026-cı ilin iyunun sonuna kimidir.

Pedri zədə səbəbindən uzun müddətdir yaşıl meydanlardan kənarda qalıb.

“Barselona” La Liqada 30 turdan sonra 67 xalla 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button