“Roma” 3 futbolçusunu satdı

İtaliyanın “Roma” klubu üç futbolçusu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi yarımmüdafiəçisi Amadu Diavaranı Belçikanın “Anderlext” klubuna, Rikkardo Kalafiorini İsveçrə “Bazel”inə, Alessio Rikkardini isə “Latina”ya satıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Canavarlar” Diavaranın satışından 1,5, Kalafiorinin satışından isə 1 milyon avro qazanıb. Rikkardo yeni klubu ilə 3+1 illik müqavilə bağlayıb. Diavara isə 3 illik sözləşməyə imza atıb. Rikkardinin “Latina”ya keçidinin detalları isə açıqlanmır.

Rikkardo Kalafiori “Roma”nın öz yetirməsidir. O, bu klubun əsas komandasında 2020-ci ildən etibarən oynamağa başlamışdı. Gənc müdafiəçi meydana çıxdığı 18 oyunda 1 qol da vurub. Bu ilin əvvəlində isə romalılar onu “Cenoa”ya icarəyə vermişdi. Kalafiori İtaliyanın U-21 yığmasında da forma geyinir.

Diavara isə “Roma”ya 2019-cu ildə “Napoli”dən 21 milyon avroya transfer olunmuşdu. O, paytaxt təmsilçisində keçirdiyi 3 mövsüm ərzində 66 oyuna çıxıb, 2 qol vurub. Dayaq yarımmüdafiəçisi əvvəllər “San Marino” və “Bolonya” kimi klublarda da çıxış edib. “Anderlext”in 25 yaşlı yeni futbolçusu Qvineya yığmasında da 26 oyun keçirib.

Alessio Rikkardi də “Roma”nın yetirməsi idi. O, daha öncə “Peskara”da icarədə oynayıb, İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında forma geyinib. Lakin 21 yaşlı yarımmüdafiəçi “canavarlar”ın əsas komandasında debüt şansı qazanmayıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button