Paytaxt klubu 2 futbolçunun transfer hüququnu aldı – RƏSMİ

“Roma” başqa klublardan icarəyə götürdüyü iki futbolçunun transfer hüquqlarını almağa qərar verib.

Komanda.az xəbər verir ki, söhbət müdafiəçi Canluka Mançini ilə yarımmüdafiəçi Jordan Veretudan gedir.

Hər iki futbolçu yayda icarə əsasında “Roma”ya gəlmişdi. Mançini “Atalanta”dan, Veretu isə “Fiorentina”dan icarəyə götürülmüşdü.

Klubun rəsmi saytının yaydığı məlumata görə, artıq hər iki oyunçu ilə yeni müqavilə imzalanıb. Amma müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Mançininin transferi “Roma”ya bonuslarla birgə 23 milyon avroya başa gəlibsə, Veretuya görə 19 milyon avro ödəniləcək.

23 yaşlı Mançini bu mövsüm paytaxt klubunda 31 oyuna çıxıb. 26 yaşlı Veretu isə 33 oyunda forma geyinib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button