Paşayevsiz “Aleksandriya” liderə məğlub oldu

Futbol üzrə Ukrayna Premyer Liqasında 23-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda lider “Şaxtyor”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Paşayev bu görüşün iştirakçısı olmayıb. Zədəli olan futbolçunun adı bu matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Aleksandriya” hazırda çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 41 xalla 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button