Paşayevin yoxluğunda komandası evdə uduzdu

Futbol üzrə Ukrayna Premyer Liqasında 26-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Zarya” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Paşayev bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvünün adı bu matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Aleksandriya” hazırda çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 47 xalla 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button