Paşayevin komandası səfərdə xal itirdi

Futbol üzrə Ukrayna Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Kolos”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.

Paşayev bu görüşün iştirakçısı olmayıb. Onun adı bu görüşün iştirak ərizəsinə də daxil edilməyib.

“Aleksandriya” 8 turdan sonra 13 xalla 12 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.