Paşayev sıraya döndü, “Aleksandriya” qalib gəldi

Futbol üzrə Ukrayna Premyer Liqasında 24-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Lvov”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Paşayev də bu görüşün iştirakçısı olub. Zədədən yenicə qayıdan millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Aleksandriya” hazırda çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 44 xalla 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button