Ozan Canın komandası səfərdə xalsız qaldı

Futbol üzrə Niderland 2-ci liqasında 35-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv səfərdə “Volendam”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Ozan da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

Müqavilə ilə “Sabah”a məxsus olan Ozan, Niderland klubunda icarə əsasında çıxış edir.

“Telstar” 2-ci liqada 35 turdan sonra 40 xalla 13-cü sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button