“Öz gücümüzə inanırıq” – Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 1-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 4:1 hesabıyla qalib gəldikləri səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Mövsümə uğurlu başlamaq xoşdur. Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Ağır şəraitdə oynadıq. Oyuna pis başlamadıq. İlk hissənin sonuna kimi matç bizim nəzarətimizdə idi. Sonra bir az panika hiss olundu. Hər cür epizodlar oldu. Futbolçular işlərinin öhdəsindən yaxşı gəldilər. Öz gücümüzə inanırıq. Bacardığımız qədər yuxarı pillələrə oynayacağıq. Kubok da bizim kimi komandalar üçün yaxşı şansdır. Amma bu il çempionat çox gərgin olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button