“Ardıcıl 8 oyunda qalib gəlmək asan olsaydı, bunu başqa komandalar da bacarardı” – Klopp

İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində “Lester”ə 2:1 hesabıyla qalib gələn “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, alman mütəxəssis, oyunun çətin keçdiyini bildirib:

“Mövsümün gedişatında hər bir komanda biləcək ki, “Lester”ə qarşı oyunda bir xal qazanmaq heyətin 95 faizi üçün uğurlu nəticədir. İlk hissədə rəqibi təzyiq altında saxladıq. Rəqibin ən böyük gücü əks-hücumlarıdır. Qol buraxdıqdan sonra da epizodlarımız oldu. Daha sonra isə penalti qazandıq və hesabı artırdıq. Penalti zamanı sakit qalmağı bacaran futbolçuya ehtiyacınız varsa, şübhəsiz ki, bu, Ceyms Milnerdir.

Oyunda qalib gələcəyimizə əmin deyildim, amma məğlub olacağımızı da hiss etmirdik. “Lester”ə qarşı oyunda bir xal qazanmaq faciə deyil. Biz sadəcə hər oyunda qalib gəlmək istəyirik. Ardıcıl 8 oyunda qalib gəlmək asan olsaydı, bunu başqa komandalar da bacarardı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button