“Oynamaq istəyirdim, özümü yaxşı hiss edirdim” – Neymar

UEFA Çempionlar Liqasının 1/8 mərhələsinin ilk oyunları çərçivəsində “Borussiya”ya (Dortmund) 1:2 hesabı ilə məğlub olan PSJ-nin hücumçusu Neymar açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisinin yeganə qolunun müəlifi olan braziliyalı futbolçu, son oyunlarda oynamaması haqqında danışıb:

“Ardıcıl 4 oyunda oynamamaq çətindir. Amma bu, mənim seçimim deyildi. Bu barədə klub və həkimlər qərar verdilər. Bu qərarı sevmədim, bunun üçün müzakirə apardıq. Oynamaq istəyirdim, özümü yaxşı hiss edirdim.  Amma  klub zədəyə görə qorxurdu və bu da məni daha da pisləşdirirdi.

Klubun da qərarını başa düşürəm, son illər bu mərhələdə oynamamışam. Yuna gəlincə, 90 dəqiqə bu şəkildə oynamaq çətin oldu. Daha yaxşı vəziyyətdə olsaydım, daha yaxşı oyun göstərərdim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button